'YAŞAT" Fondu tərəfindən Türkiyəyə göndərilən daha bir qazimiz sağalaraq Vətənə qayıdıb

Ağır yaralanan qazilərimizdən biri Yaqubov Rauf Qabil oğlu Türkiyədə müalicəsini  tamamlayaraq Vətənə geri qayıdıb.
"OLAYLAR" xəbər verir ki, "YAŞAT" Fondu tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayır. 
Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 157-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31