Bu nə absurd mətndir?- ÖZƏL
10 Noyabr 2022 10:52 Sosial"Bu kitab 5-ci sinifin dərsliyidir.Rus sektorunda tədris edilir.Bu kitabda qeyd edilir ki,DƏDƏ QORQUD dastanında biz erməni və gürcü feodalları ilə savaşırıq.Bu nə absurd mətndir?" Bunu yazıçı Orxan Fikrətoğlu bildirib:"Niyə bu dərslik əvvəla Dastanı və sonra da Azərbaycan tarixini təhrif edir.Dədə Qorqud dastanı əvvəla ortaq Türk abidəsidir.Və bu mətnin coğrafiyası sırf Türk coğrafiyasıdır. İkincisi Dədə Qorqud dastanı biz Türklərin salnaməsidir.İç Oğuzla Dış Oğuzun bağrıbadaş mövcudluğudur. Ermənilər Dədə Qorqud zamanında bu coğrafiyada olmayıblar.Onlar haqqında heç bir mənbə və qaynağ yoxdur. Dastanda bir dəfə də olsun erməni adı və sözü keçmir.Onda kim və niyə Azərbaycan təhsilində erməni təbliğatı aparır? Niyə Rus dilli gənclik səhf məlumatlandırılır? Bu kitab rəsmi Azərbaycan dövlət ideolojusunun əleyhinədir.Ermənistanı Dədə Qorqud dövrünə aid edir.Və bu cəfəng yanaşma hələ bu gün də orta məktəblərdə tədris edilir. Buna kim cavabdehdir?"
