Uşağın cinsi istismara məruz qalmaması üçün ailədə mütləq sevgi olmalıdır- ÖZƏL

"Uşağın cinsi istismara qalmaması üçün ailədə mütləq sevgi olmalıdır." Bunu  Olaylar.az-a yazıçı  Oğuz  Ayvaz  bildirib: "Valideynlər uşaqlara təhsildən də, tərbiyədən də əvvəl sevgi verməlidirlər. İstənilən halda dünyada və bizim cəmiyyətdə uşaqlar cinsi istismara məruz qalır. Bunun köklü həll yolu üçün təhsil ocaqlarında, vətəndaş cəmiyyətlərində geniş layihələr tətbiq etmək lazımdır. Cəmiyyətin maariflənməsi, ayıq olması üçün. Mənə elə gəlir ki, uşaqları istismar edənlərə maarifləndirici  tədbirlər  daha çox tətbiq  edilməlidir Onları cəzalandırmaqla, sərt hökmlər verməklə cinsi istismarın qarşısını almaq mümkün olmayacaq. Uşaqları qorumaq da ailələrin, məktəblərin ali işi olmalıdır."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31