Zəfər günü münasibəti ilə ağacəkmə aksiyası keçirilmiş və Zəfər Günü ərəfəsində şəhid ailələrin ziyarətləri davam etdirilmişdir - FOTO

05 noyabr 2022-ci il tarixində Qaradağ rayonunda 8 noyabr - Zəfər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun sağ və sol hissəsində ağacəkmə aksiyası keçirilmişdir. 

Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, rayon əhalisi iştirak etmişdir. 
   İctimaiyyət nümayəndələri ümumilikdə 1200 ədəddən çox müxtəlif növ ağac əkmişlər.

Daha sonra Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən planlaşdırılmış kimiQaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yerləşən yaşayış kompleksində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə şəhid ailələri və müharibə iştirakçılarına verilmiş mənzillərdə yaşayan Qaradağ rayonun şəhid ailələri ziyarət olunmuşdur. Görüşdə 8 Noyabr - Zəfər Günü münasibəti ilə şəhid ailələri təbrik edilmiş, onlara bayram sovqatı, uşaqlara isə hədiyyələr təqdim olunmuşdur. 

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31