Azərbaycanda sosial sahədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir - ÖZƏL

Ölkədə sosial sahədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. "Olaylar" xəbər verir ki, bunu Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Qeyd edib ki, 2022-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu, DOST Agentliyi və Nazirliyin digər sosial sahədə fəaliyyət göstərən strukturları 11 beynəlxalq mükafat əldə edib: "Eyni zamanda, bu qurumlar xidmət keyfiyyətinin artırılması, paralel olaraq şəffaflığın, korrupsiyaya qarşı mübarizənin təmin edilməsi istiqamətində də 12 beynəlxalq ISO sertifikatı ilə təltif olunublar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31