Azercell beynəlxalq turniri qarşılamağa hazırdır!
4 Noyabr 2022 16:39 SosialŞirkət Azərbaycanda cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə təşkilati
dəstək verəcək
Beynəlxalq Cüdo Federasiyasının rəsmi təqviminə əsasən Azərbaycan növbəti dəfə
cüdo idman növü üzrə Böyük Dəbilqə turnirinə ev sahibliyi edəcək. 4-6 noyabr
tarixində Heydər Əliyev adına İdman Sarayında baş tutacaq bu turnirə Azercell
Telekom təşkilati dəstək verəcək. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik"
strateji məqsədinə sadiq olan Azercell tədbir boyu ərazidə xidmət edən stansiyalara
nəzarət edəcək.
Yarışda dünyanın 61 ölkəsindən 400-ə yaxın idmançının iştirakı gözlənilir. Turnirdə
Azərbaycan 28 kişi və 9 qadın cüdoçu ilə təmsil olunacaq.
Böyük Dəbilqə turnirində cüdoçularımızı dəstəkləyir, onlara uğurlar arzulayırıq!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31