Goranboy və Göygöldə fermerlər üçün təlimlərə başlanılıb

Goranboy və Göygöl rayonlarında baytarlıq mütəxəssisləri və fermerlər üçün təlimlərə başlanılıb. Təlimlər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan hökuməti arasında Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində icra edilən "Azərbaycanda iribuynuzlu damazlıq heyvanların cins tərkibinin yaxşılaşdırılması və səmərəli yemləmə sistemlərinin yaradılması vasitəsilə iribuynuzlu heyvandarlığın inkişaf etdirilməsi" layihəsi çərçivəsində keçirilir.  Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a bildirilib ki, təlimlərin təşkil edilməsində məqsəd heyvandarlıq mütəxəssislərinin və bu rayonlarda fəaliyyət göstərən fermerlərin heyvanların yemləndirilməsi, heyvan sağlamlığının qorunması, xəstəliklərrə qarşı müalicə-profilaktika işlərinin təşkili, süd istehsalı və emalı, heyvanların cins tərkibinin yaxşılaşdırılması və heyvandarlıq məhsulları bazarının təşkili üzrə bilik və bacarıqlarını artırırmaqdır. Təlimlər seçilmiş təsərrüfatlarda, fermalarda nəzəri və praktiki olmaqla ehtiyaclara uyğun təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar Həsənov FAO ilə əməkdaşlıq çərçivəsində icra edilən layihənin heyvandarlıq sektorunun inkişafına verəcəyi tövhələr və hədəflər barədə məlumat verib. Həmçinin, qlobal iqlim dəyişikliyinin bu sektora təsirinin azaldılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından belə təlimlərin zəruri olduğu vurğulanıb. Eyni zamanda, heyvandarlıqda məhsuldarlığın artırılması, cins tərkibinin yaxşılaşdırılması, təmizqanlı heyvanların yetişdirilməsi kimi məsələlərin həllində innovativ yanaşma və dayanıqlılığın təmin edilməsi üçün bilik və bacarıqların artırılmasının prioritet olduğu bildirilib.Təlimlər bir həftə ərzində davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31