Azərbaycanda 14 yaşlı qız ərə verilir - DİN HƏRƏKƏTƏ KEÇDİ

Göyçay rayonunda 14 yaşlı qız ərə verilir.

Olaylar.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

O bildirib ki, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq. Yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.

Qeyd edək ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verilib. Belə ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda rayon polis şöbəsində müvafiq araşdırmalar aparılır.

Gundem.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31