“Uşaqların cinsi istismar təhlükəsi var” - Deputat
4 Noyabr 2022 12:15 SosialMəktəblərdə baş verən son neqativ hadisələr göstərir ki, maarifləndirmə işinə ciddi ehtiyac var". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən deputat Tamam Cəfərova deyib. "5-ci sinifdə oxuyan uşaq bilməlidir ki, tanımadığı bir kişi ilə harasa getmək olmaz. Uşaqların yaşına uyğun cinsi tərbiyə olmalıdır. Bu gün internet üzərindən uşaqların seksual istismarı təhlükəsi var. Məktəbdə olan hadisədə görürük ki, bir kişi rahat şəkildə məktəbə girir, sonra uşaq da onunla gedir. O, uşaq niyə getməlidir? Maarifləndirmə olarsa, belə hallar baş verməz", - deyə deputat vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31