Səbail rayonunda “Şəhidlər” abidə kompleksinin açılışı olub
3 Noyabr 2022 14:38 SosialPaytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində keçən 91 Səbail rayon Şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş "Şəhidlər" abidə kompleksinin açılışı olub.
"OLAYLAR" əbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Nigar Arpadarai verib. Millət vəkili bildirib ki, onlar Birinci və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərdir.
"Şəhidlər" abidə kompleksinin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkilləri, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
![]()
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31