Deputat şəhid ailəsini ziyarət edib - ÖZƏL - FOTO
3 Noyabr 2022 13:50 SosialMillət vəkili Tamam Cəfərova şəhid ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü bildirib: "Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhadətə ucalmış daha bir Vətən müharibəsi şəhidimiz Bəkirov Yasər Əfqan oğlunun şəhadətinin ikinci ildönümü ilə əlaqədar ailəsini ziyarət etdim. Ailə üzvləri ilə birlikdə şəhidimizin əziz xatirəsini yad elədik, Allahdan şəhidimizə rəhmət dilədik. Həmçinin qeyd edək ki, Vətən müharibəsi şəhidi Bəkirov Yasər 2002-ci il mayın 19-da Şamaxı rayonunun Quşçu kəndində anadan olub.2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. Azərbaycan Ordusunun əsgəri olan Yasər Bəkirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.Yasər Bəkirov oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yasər Bəkirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah şəhidimizə rəhmət eləsin".

