Mehmet Nuri Parmaksız: "Yunus Oğuz türk dünyası sevdalısıdır"- ÖZƏL
3 Noyabr 2022 11:40 Sosial"Cığır" romanının Türkiyə türkcəsinə çapını reallaşdıran Mehmet Nuri Parmaksız Olaylar.az-a ildirib ki, Yunus Oğuz bir türk tarixçisi və tarixi roman yazarıdır. Türkiyə sərhədləri xaricində ən çox əsərləri Türkiyədə, Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap olunan Azərbaycan, Türk yazarıdır. Mehmet Nuri Parmaksız bu illər ərzində Yunus Oğuzun bir sıra əsərlərinin Türkiyə türkcəsinə uyğunlaşdırılaraq çap edildiyini diqqətə çatdırıb: "Yunus Oğuzun bütün əsərlərində ana mövzu Türk millətidir. Yunus Oğuz türk dünyası sevdalısıdır. Onun üçün maddiyat əsas deyil. Əsas dövlət, xalq, türk dünyasıdır".
Mehmet Nuri Parmaksız Şuşanın və romanın əhəmiyyətlindən də danışıb. Bildirib ki, romanda onun diqqətini çəkən bir neçə qəhrəman var: "Romanda adları keçən və cığırın sirrini açan şuşalı Nəsrəddin Murad, şəhid ərinin tabutunu çiyinlərində daşıyan Nargül, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən Hikmət baba, 3 oğlunu müharibəyə yola salan Gülbaba kişi, gözləri mərmidən ovulub tökülsə də silahdaşını çiynində daşıyan kəşfiyyatçı Kamran, ayaqları Qubadlıda basdırılan Camal və s. real qəhrəmanlardır".
Mehmet Nuri Parmaksız əmin olduğunu bildirib ki, Qarabağa, Şuşaya açılan bu cığır qısa vaxtda Zəngəzur yoluna istiqamət götürəcək. Natiq erməni vəhşiliyi, terrorizmi və separatizmindən bəhs edən daha çox kitabların yazılıb işıq üzü görməsi, dünyaya yayılmasını zəruri hesab edin. Bildirib ki, ermənilər dünyanın müxtəlif ölkələrində öz yalanlarını yayırlar: "Biz də çalışmalıyıq ki, bu kimi romanlar müxtəlif dillərə tərcümə edilib yayılsın. Biz bir olduğumuz müddətcə kimsə bizə yalnış gözlə baxa bilməz".
Mehmet Nuri Parmaksız onu da diqqətə çatdırıb ki, indiyə qədər Qarabağ uğrunda çalışdıq və bundan sonra da çalışacağıq: "Bundan sonrakı fəaliyyətlərimiz də Qarabağın bərpası və türk dünyasının daha da möhkəmlənməsi, inkişaf etməsi istiqamətində olmalıdır".