Narkotikanın satışı və təbliği formaları da dəyişib - ÖZƏL

"Narkomaniyaya qarşı mübarizə üsulları genişlənsə də, bu bəlaya qurşananların sayı getdikcə artır. Bu da cəmiyyəti problem ətrafında ciddi düşünməyə vadar edir".

Bu fikirləri "OLAYLAR"-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, indi artıq narkotikanın satışı və təbliği formaları da dəyişib:

"Son zamanlar ölkəmizdə və dünyada sosial şəbəkələr vasitəsilə narkotik vasitələrin satışının sürətlə yayıldığının şahidi oluruq. Rəqəmsallaşmanın geniş vüsət aldığı və həyatımızdakı rolunu nəzərə alıb, xüsusilə uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə nəzarət etməliyik".

Əli İbrahimov deyib ki, uşaqlarımıza sərbəstlik verməklə yanaşı, həm də onların asudə vaxtlarının təşkili istiqamətində müəyyən fakultativ addımlar atmaq daha məqsədəmüvafiqdir: "Əgər gənclərimiz, uşaqlarımız elmə, idmana, incəsənətə və digər sahələrə maraq göstərərlərsə, narkomaniyanın necə bir bəla olduğunu dərk edərlərsə, əlbəttə, bu bəladan uzaq durar və ətraflarını da "ağ ölüm"dən qorumağa çalışarlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31