Azərbaycanlı müğənni ikinci dəfə “Altın Kelebek”dən imtina etdi - FOTO

Müğənni Hiss yenə "Altın Kelebek"dən imtina etdi

Olaylar.az xəbər verir ki, gənc ulduz Hiss Türkiyənin nüfuzlu "Altın Kelebek" mükafatlandırma mərasiminə qatılmayacaq.

Bu barədə müğənninin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, sənətçi albom hazırlıqları ilə bağlı sözügedən tədbirdən imtina qərarına gəlib.

Hiss ötən il də mükafatlandırma gecəsinə namizədliyindən çəkilmişdi.

Qaynarinfo

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31