184 qazi müalicə üçün xaricə göndərilib

"YAŞAT" Fondu tərəfindən 184 qazi müalicə üçün ölkə xaricinə göndərilib. "Olaylar" xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib. E.Hüseynov qeyd edib ki, onlardan 177 nəfərin vəziyyəti ağır kimi qiymətləndirilir:"Bu, ümumi yaralı sayının 0,3-0,4 %-ni təşkil edir. Yaralanan qazilərimizin 99,5 faizindən çoxunun həyat fəaliyyətini davam etdirməsi fədakar həkimlərimizin əziyyətinn nəticəsidir". O həmçinin qeyd edib ki, Vətən müharibəsində zamanı 42 tibb işçisi şəhid olub, 159-u yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31