Vətən Müharibəsi Qəhrəmanının ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Vətən Müharibəsi Qəhrəmanı şəhid Vəliyev Elyar Arif oğlunun Qobustan rayonunda yaşayan ailəsini ziyarət ediblər. "Olaylar" xəbər verir ki, görüşdə Xüsusi Təyinatlı Qüvvələrin giziri olmuş şəhid Elyar Vəliyevin həyatından, döyüş yolundan, Vətən müharibəsində göstərdiyi igidliklərdən bəhs olunub. Onun və ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş bütün qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.

Elyar Vəliyevin ailəsi də dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəsinin sosial müdafiəsi sahəsində tədbirlərin bundan sonra da davam edəcəyi qeyd olunub. Şəhidin ailə  üzvləri  onlara göstərilən dövlət qayğısından razılıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31