Şəhid ailələri ziyarət edilib - FOTO
2 Noyabr 2022 12:38 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri Vətən müharibəsi şəhidləri Müslümov Elşən Habil oğlu və Teymurov Vüsal Zakir oğlunun ailələrini ziyarət ediblər. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşlərdə şəhidlərimizin xatirəsi yad edilib. Elşən Müslümov və Vüsal Teymurovun ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri şücaətlərdən bəhs olunub.Vətən naminə canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağı vurğulanıb. Dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri qeyd edilib. Hər iki şəhid ailəsinin də dövlət qayğısı ilə əhatə olunduqları və bundan sonra da daim onlara dəstək göstəriləcəyi bildirilib.
.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31