Şirniyyata çox ehtiyac duyursunuzsa, bədəninizdə bunlar çatışmır- ÖZƏL

"Şirniyyata qarşı qarşısıalınmaz bir istək, bədənin qida maddələrində çatışmazlıq olduğunu göstərə bilər". Olaylar.az xəbər verir ki bu sözləri rusiyalı qastroenteroloq, terapevt Aleksandra Yakovleva deyib. Yakovlevanın sözlərinə görə, Maqnezium və xrom çatışmazlığı səbəbindən insanda daimi şirniyyat yemək istəyi yarana bilər. Bu, minerallar stress və yorğunluqla mübarizə aparmağa kömək edir, onların çatışmazlığı olduğu halda bədən şəkərdən enerji almağa çalışır.  Bəzən özünüzü ləzzətli bir yeməklə müalicə edə bilərsiniz, ancaq maqnezium ehtiyatlarını artırmaq üçün  şirniyyatlara daha faydalı alternativ olacaq məhsullar-  dəniz məhsulları, qəhvəyi düyü və.s məhsullardır.  Əgər insanda xrom çatışmazlığı varsa, o zaman yerkökü, mal əti qaraciyəri, brokoli, çuğundur və təzə qarğıdalı çatışmazlığı aradan qaldırmağa kömək edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31