Avtoqəzada sürücünün anası ölüb, 3 sərnişin xəstəxanaya yerləşdirilib
2 Noyabr 2022 12:39 SosialNoyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi "VAZ-2106" və S.Səfərovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən "Olaylar"a bildirilib ki, nəticədə P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31