Ermənilər daha bir mahnımızı oğurladı

Daha bir mahnımız ermənilər tərəfindən oğurlanıb.

Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə oğurlanan isə sözləri İslam Səfərliyə, musiqisi Cahangir Cahangirova məxsus "Zərif gülüşlüm" mahnısıdır.

Mahnını erməni müğənnilər Harout Pamboukjian və Seda duet şəklində ifa edib və klip çəkdiriblər.

Qeyd edək ki, "Zərif gülüşlüm" mahnısını İslam Rzayev, Şövkət Ələkbərova kimi bir çox sənətçilərimiz səsləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31