Brilliant Dadaşova Güney azərbaycanlı komediyaçı üçün çağırış etdi - VİDEO
2 Noyabr 2022 10:55 SosialXalq artisti Brilliant Dadaşova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Olaylar.az xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında Güney azərbaycanlı komediya ustası Mazyar Şəkurinin Bakıya dəvət edilməsi ilə bağlı paylaşım edib.
Dadaşova şəxsi səhifəsində "Azərbaycanımızın səlahiyyətli qurumlarından və ictimai xadimlərindən xahiş edirik. Bu qardaşımızı Bakıya dəvət etsinlər" sözlərini qeyd edib.
Xatırladaq ki, Mazyar Şəkuri "Azərbaycan" şeirini səsləndirdirib sosial mediada paylaşdığı üçün həbs edilib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31