"Kişilərin yarıya yaxını pensiya yaşına çatmadan ölür"- ÖZƏL

"Əhalinin, xüsusən kişilərin yarıya yaxını pensiya yaşına, yəni 65 yaşa çatmadan ölür". Olaylar.az xəbər verir ki, bu sözləri sosioloq Elçin Bayramlı deyib. "Bu, o deməkdir ki hökumət əhalinin yarısının pulunu mənimsəyib vermir. Digər yarısının isə yarısı 65 yaşdan sonra bir neçə il yaşadığına görə, pensiya fondunda yığılan pulun təxminən yarısını ala bilir. Təklif edirəm ki, pensiya yaşı 70-ə qaldırılsın və heç kim 25-45 il ərzində öz pensiya fonduna yığdığı pulu ala bilməsin. Beləliklə dövlətə fayda vermiş olarıq. Hər bir vətəndaş öz dövlətinin varlanması üçün əlindən gələni etməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31