Namiq Qaraçuxurlu haqda ÜZÜCÜ XƏBƏR
1 Noyabr 2022 10:59 SosialMeyxanaçı Namiq Qaraçuxurlunun səhhətində problem yaranıb.
Olaylar.az olay-a istinadən xəbər verir ki, bu barədə o, "Space Magazin"ə açıqlama verib.
"Səhhətimdə 10 günlük problem vardı. Baş gicəllənməm, ürəkbulanmam var idi. Böyrəyimdən daş düşdü. Əməliyyat olunmadım. Evdə iynə vurdular, gəzdim və düşdü. Üç kiloqram çəki atmışam, 81 kiloyam. İki-üç gündən sonra vəziyyətim düzəldi, sonra yenə tutdu. Çarə tapa bilmədik. Sən demə, böyrəyimdə daş var imiş. Səhhətim o qədər ağır idi ki, evdən çıxa bilmirdim ki, həkimə gedim", - deyə, Qaraçuxurlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31