Şabran sakinindən narkotik vasitə götürülüb
31 Oktyabr 2022 15:58 SosialŞabran şəhər sakinindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən "OLALAR"a bildirilib ki, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini R.Əliyevin evinə baxış zamanı oradan ona və qohumu, əvvəllər məhkum olunmuş M.Quliyevə məxsus 6 kiloqrama yaxın marixuana, 161 qramdan artıq həşiş və 155 qramdan artıq çətənə toxumları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31