Soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Soyğunçuluqda şübhəli bilinən Biləsuvar rayon sakini saxlanılıb. DİN-dən "Oslaylara" verilən məlumat görə, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 24-də rayon ərazisində Bakı şəhər sakini S.Xankişiyevanın içərisində pulu, sənədi və mobil telefonu olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş E.Orduxanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31