Paytaxtda poçt qarət edilib

Bakıda poçtdan oğurluq edilib. DİN-dən "Olaylar"a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da rayon ərazisindəki poçtların birindən 1040 manat pul və 2600 manat dəyərində lotereya biletləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İlqar Knyazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31