Əmək müqaviləsi bildirişlərinin sayı artıb - ÖZƏL
31 Oktyabr 2022 10:50 SosialƏmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 400 minə yaxın artım baş verib. Komissiyadan "Olaylar"a bildirilib ki, bu göstərici 31,2 faiz artım deməkdir. Həmin dövrdə qeydiyyatda olan fiziki şəxs fərdi sahibkarların sayı 58 faiz, hüquqi şəxslərin sayı isə 60 faiz artıb. Qeyd edək ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31