Heydər Əliyev Mərkəzinin binası Türkiyə bayrağı ilə işıqlandırılıb - FOTO
29 Oktyabr 2022 20:57 SosialQardaş ölkənin milli bayramı - Respublika Günü münasibətilə Heydər Əliyev Mərkəzinin binası Türkiyənin və Azərbaycanın Dövlət bayraqları ilə işıqlandırılıb.
Olaylar.az xəbər verir ki, ətrafdakı ərazilərdən Mərkəzin üzərində olan iki ölkənin bayraqlarını izləmək mümkün olub.
Qeyd edək ki, bu bayram 1925-ci ildən etibarən hər il oktyabrın 29-da Türkiyədə qeyd olunan dövlət bayramıdır.



Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31