Damlanın klibini yutubdan sildirdilər - FOTO
29 Oktyabr 2022 11:16 SosialMüğənni Damlanın 5 milyona yaxın izlənmə sayı olan "Mən razı" klipi yutub kanalından silinib.
Olaylar.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə ifaçı sosial şəbəkədə məlumat verib. Damla saxta blokla mahnısının bağlatdırıldığını bildirib:
""Mən razı" adlı mahnımız yutub kanalımdan sildirildi. Saxta blokla mahnımızı bağladılar. Uğurun zamanını gecikdirmək olar, amma əsla qarşısını almaq mümkün deyil. Zamanınızı və pulunuzu daha səmərəli istifadə edin. Sizə lazım olacaq. Bu qədər aciz olmayın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31