Bu şəxslər müəllim işləyə bilməyəcək

Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcək.

Olaylar.az report-a istinadən xəbər verir ki, bununla bağlı "Təhsil haqqında" qanuna yeni - 36-1.2.5-ci bənd əlavə olunur.

Yeni bəndə əsasən,uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31