Külli miqdarda gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alınıb - FOTO

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb. Belə ki, ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikası vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan
edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata
keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib. Bəyan edilən mallar arasında  "qəlyan üçün ağızlıqlar" 116000 (yüz on altı min) ədəd
göstərilsədə, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, "elektron
siqaretlər" 1720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, "ülgüclər" 1104 ədəd
göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib.
Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi)
ləvazimatlar, 1 ədəd "Akvafor" markalı su filtri, 1 ədəd "Sintering Furnance" markalı
stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı
müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31