Bakıya toya gələn müharibə iştirakçısı faciəvi şəkildə öldü - FOTO
28 Oktyabr 2022 11:07 SosialBakıda müharibə iştirakçısı faciəvi şəkildə ölüb.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Baxışov Yusif Vasif oğlu toydan çıxıb yolu keçmək istəyərkən onu "Kamaz" markalı yük maşını vurub. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Məlumata görə, Yusif Baxışov Salyanın Xələc kəndində yaşayırmış və Bakıya məhz toya görə gəlibmiş.
Yaxınlarının bildirdiyinə görə, Yusif Aprel döyüşləri ilə yanaşı, Vətən müharibəsində də iştirak edib. Onun hadisə baş verən günə qədər MAXE kimi hərbi xidmətini davam etdirdiyi qeyd olunur.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31