Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
27 Oktyabr 2022 18:11 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 100 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 849 nəfər müalicə olunaraq sağalıb, 9 942 nəfər vəfat edib, aktiv xəstə sayı 309 nəfərdir.
Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 7 313 756 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31