"Bir-iki boru düzəltməklə məsələ həllini tapmayacaq"- ÖZƏL

"Bu kimi problemlərin əsas səbəbkarı Bakı Şəhər İcra hakimiyyəti başda olmaqla, aidiyyatı  dövlət  qurumlarıdır.. Şəhərin, küçələrin salınması bir-birilə koordinasiyalı şəkildə, sistemli formada aparılmalı idi. Yoxlanılmalı idi ki, hansı ərazilərdən hansı su xətləri keçir və neçənci ildə çəkilib. Heç bir normaya, standarta fikir vermədən şəhəri beton yığınına çeviriblər. Saysız-hesabsız binalar tikiblər. Borular nəinki təzyiqə davam gətirmir, ətrafda olan binaların təminatına gücü çatmır".

Olaylar.az xəbər verir ki, bu sözləri Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib:

Əlbəttə, yarım əsrdən çox yaşı olan borular təzyiqə davam gətirə bilməz.  Hesab edirəm ki, bu kimi halların sayı çoxalacaq. Həll yolları isə yoxdur. Praktiki olaraq gecikilib. Şəhərin infrastrukturunun düzəlməsi üçün şəhər sökülüb, yenidən yığılmalıdır. Minlərlə kommunal xətlər yüklənib. Hara gəldi çəkilib, tikilib. Bunlar, kompleks problemlərdir. Hansısa borunu dəyişməklə düzələn deyil. Buna milyardlarla vəsait, vaxt və enerji lazımdır. Şəhəri bu vəziyyətə salan keçmiş və indiki məmurlar cəzasız qalmamalıdır. Əmin olun ki,bu kimi hadisələri digər kommunal sistemlərdə də müşahidə edəcəyik. Təchizat sistemi artıq şəhərin öhdəsindən gələ bilmir. Səbəbləri aradan qaldırmasaq, problem düzəlməyəcək.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31