FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru ilə görüş olub

Azərbaycanda işgüzar səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Gutunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, görüş zamanı ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31