Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlandı
27 Oktyabr 2022 13:45 SosialBu il Azərbaycanda 272 nəfər qidadan zəhərlənib
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, bu il qida zəhərlənməsi ilə bağlı 573 müraciət daxil olub: "Eyni zamanda 873 nəfərin zəhərlənməsi haqqında yanlış informasiya verilib. Araşdırma nəticəsində məlum olub ki, 163 zəhərlənmə halı, yəni mətbuatda bildirilən halların 20 %-ə qədər zəhərlənmə faktının olduğu öz əksini tapıb. Yəni 272 nəfərin qida zəhərlənməsinə məruz qaldığı təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31