Seçicilər deputatdan nə istədilər? - ÖZƏL
27 Oktyabr 2022 11:31 SosialMillət vəkili Musa Qasımlı Masallı rayonundan olan seçiciləri ilə görüşüb. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Masallı rayon İcra Hakimiyyəti Başçısının müavini Aybəniz xanım Qafarova ilə birlikdə Qəriblər kənd orta məktəbində olduq. Qız övladlarımızın təhsilə davamiyyətini görmək və ali təhsil almaq istəklərini dinləmək xoş oldu. Amma məktəbin təmirə ehtiyacı var. Sonra seçicilərimlə açıq və səmimi söhbət etdim. Onların istəyi kəndə transformatorun qoyulmasıdır. Hər iki istəyi müvafiq qurumların diqqətinə çatdırmağa söz verdim".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31