“Türk xalqları ədəbiyyatı arasında bütün dövrlərdə öz gücü və əzəməti ilə seçilib”- Sabiq nazir

"Azərbaycan ədəbiyyatı əvvəllər də çox güclü idi, indi də gücündən heç bir şey itirməyib".

Bu sözləri  açıqlamasında Türkiyənin sabiq Mədəniyyət naziri Namiq Kamal Zeybək deyib.

O qeyd edib ki, Azərbaycan ədəbiyyatı Türk xalqları ədəbiyyatı arasında bütün dövrlərdə öz gücü və əzəməti ilə seçilib: "Mən demək olar ki, Türk dünyasının bütün ölkələrində olmuşam. Qazaxca, qırğızca, özbəkcə, tatarca bilirəm, ədəbiyyatlarına dərindən bələdəm. Dünya ədəbiyyatları ilə bağlı araşdırmalar apardığım üçün deyə bilərəm ki, Azərbaycan ədəbiyyatı əvvəllər də çox güclü idi, indi də gücündən heç bir şey itirməyib. Məsələn, Şərqin ilk operası olan "Leyli və Məcnun" Azərbaycanda yaranıb. "Leyli və Məcnun"u nə vaxt dinləsəm, mən ağlayıram. Məni həyəcanlandırır. Bu, Azərbaycan ədəbiyyatının gücü deyilmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31