Sevda Yahyayeva evlilik ildönümünü belə qeyd etdi - FOTO
26 Oktyabr 2022 16:26 SosialÖtən gün müğənni Sevda Yahyayevayla həkim-genetik həyat yoldaşı Zakir Bayramovun evliliklərinin bir ili tamam olub.
Olaylar.az xəbər verir ki, ana olmağa hazırlaşan sənətçi bununla bağlı sosial şəbəkədə paylaşım edib. Sevda restoranda çəkilən fotolarını izləyiciləriylə bölüşərək Məmməd Səid Ordubadinin "Qılınc və qələm" romanında yer alan bu sözləri yazıb:
"Sənin sevginsə, həyatımda ən zəngin bir kitabxanadır".
Qeyd edək ki, hamiləliyinin son aylarını yaşayan Sevdanın qızı dünyaya gələcək.
sfera.az


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31