“Azərbaycan bölməsində şagirdlərin sayının  azalması kədərli haldır”- Ramiz Rövşən- ÖZƏL

"Yazıçılar Birliyi mütləq uşaqların təhsili və yaddaşı ilə bağlı narahat olmalı və biz fikirlərimizi bildirməliyik"
Olaylar.az xəbər verir ki, bunu Xalq şairi Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayında çıxışı zamanı deyib.
 "Hər bir xalqın mənəvi və coğrafi ərazisi var. Coğrafi ərazilər torpağıdır, şəhəridir, kəndidir. Mənəvi ərazisi isə dilidir, dinidir, ədəbiyyatıdır. Biz coğrafi ərazilərin itirlməsinin ağrısını 30 il yaşadıq. Amma zaman göstərdi ki, itirilən coğrafi ərazini geri qaytarmaq mümkündür. Ancaq, mənəvi ərazi itiriləndə, dilimizdən, dinimizdən bir şey düşəndə onu bərpa etmək çətindir. Bu gün məktəblərimizdə Azərbaycan bölməsində şagirdlərin sayı azalır, amma rus ingilis dilli məktəblərdə sıxlıq müşahidə olunur. Bu kədərli haldır. İki dil bilib alim də olmaq olar, beş dil bilib nadan da olmaq olar.
Yazıçılar Birliyi mütləq uşaqların təhsili və yaddaşı ilə bağlı narahat olmalıyıq. Azərbaycan Yazıçılar Birliyi, ədəbi orqanlar yazıçının cəmiyyətə sözüdür və bizim işimiz təkcə yazıçılara qiymət vermək deyil, bizim işimiz həm də yazıçının cəmiyyətə verdiyi qiymətdir. Biz cəmiyyətin bütün ali məqamları ilə bağlı danışmalı öz fikirlərimizi bildirməliyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31