Özcan Bakıda düşmən olduğu xanımından danışdı - VİDEO

Həyat yoldaşı Feyza Aktanla qalmaqallı şəkildə ayrılan Özcan Deniz Bakı konsertindəki sözləri ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən yazır ki, sənətçi ifası zamanı "Nasip değilmiş" mahnısının "Sənə haqqımı halal etdim" sözlərini "haram etdim", - deyə, dəyişərək oxuyub.

O, daha sonra fikirlərinə belə davam edib:

"Dərd çəkərək xoşbəxt olan insanların həyatından çıxarkən "haqqım halal olsun, Allaha yaxın, məndən uzaq ol" deyirsiniz, düz edirsiniz. Sizə yaxşı olmayan insanlardan uzaq durun. Nə qədər pis bir şeydir, eşq yaşa, həyatını ver, xatirələrin olsun, ömrünü ona həsr et, sonra elə bir an gəlsin ki, "get, məndən uzaq dur" deyəsən, çox pisdir". 

v

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31