Yasamalda baş vermiş qəza günün sonuna kimi tam aradan qaldırılacaq

Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna qədər aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı verib. O bildirib ki, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali  dayanıqlı içməli su ilə təmin olunacaq.

Eyni zamanda qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriləcək və nəqlıyyatın normal hərəkəti mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31