"Qurultay 3 il öncə keçirilsəydi, torpaqları işğal altında olan yazıçılar olacaqdıq"- ANAR- ÖZƏL
26 Oktyabr 2022 11:22 SosialBu gün Azərbaycan yazıçılarının 13-cü qurultayı keçirilir. Açılışı Yazıçılar Birliyinin sədri Anar edib. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə açıq elan edilib. Sədr çıxışı zamanı rəhmətə gedən yazıçıların siyahısını açıqlayıb. "Əslində qurultay 3 il öncə keçiriləcəkdi. Ancaq,pandemiya səbəbindən bu gün keçirilir. 2019-cu ildə keçirilsəydi, biz torpaqları işğal altında olan yazıçılar olacaqdıq. Bu gün isə qələbə qazanan ölkənin yazıçılarıyıq".
Çıxışdan sonra iştirakçılar rəhmətə gedən yazıçıların və şəhid olan vətəndaşların ruhu qarşısında sükuta qalxıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31