Mühafizə olunan evlərdə oğurluğa cəhdin qarşısı alınıb
26 Oktyabr 2022 11:19 SosialSon 2 gündə Bakıda iki evdən oğurluğa cəhd edilib. DİN-dən "Olaylar"a bildirilib ki, Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.
Analoji hal Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.