Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
25 Oktyabr 2022 19:07 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 64 yeni yoluxma faktı qeydə alınıb, 66 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 743 nəfər müalicə olunaraq sağalıb, 9 940 nəfər vəfat edib, aktiv xəstə sayı 340 nəfərdir.
Ölkədə son sutka ərzində 2 483, hazırkı dövrədək isə 7 309 540 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31