Yardımlı rayonunda yuxarı sinif şagirdləri ilə görüş keçirilib - FOTO
25 Oktyabr 2022 15:32 SosialYardımlı rayon Mədəniyyət evində gənclərin təhsilə və idmana cəlb edilməsi, zərərli vərdişlərdən uzaq olması, eləcə də layiqli vətəndaş olmaları ilə əlaqədər yuxarı sinif şagirdləri ilə görüş keçirilib. "Olaylar" xəbər verir ki, gorus Daxili işlər naziri Vilayət Eyvazovun göstərişinə əsasən, həmdə Polis Akademiyasına qəbulla əlaqədər Polis Akademiyasının müəllimi baş leytenant İsmayil Əmirlnin təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə yuxarı sinif şagirdləri müəllimlər, azyaşlılar üzrə inspektor, baş leytenant Tural Quliyev, bu il Akdemiyanı qurtarmış polis əməkdaşları, təhsil şöbəsinin müdiri Kamal Təhməzov, İdman və Gənclər idarəsinin müdiri Şəhriyar Sabiyev, polis veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı şöbəsinin sədri, şəhər 1 saylı tam orta məktəbin valideyinlər komitəsinin sədri Mayilxan Əliyev iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik yad edilib, 44 günlük Vətən müharibəsi barədə çıxışlar olub. Sonra Polis Akademiyasına qəbulla əlaqədər Akademiyanın müəllimi ətraflı məlumat verib. Məktəblilər Akademiyanın müəlliminə qəbulla əlaqədər suallar veriblər. Sonda Akademiya barədə video çarx nümayiş etdirilib.

