Özcan Deniz Bakıdakı geyimi ilə diqqət çəkdi - FOTO
25 Oktyabr 2022 13:08 SosialTürkiyənin məşhur müğənni və aktyoru Özcan Deniz Bakıya gəlib.
Olaylar.az xəbər verir ki, sənətçinin səfərinin məqsədi konsert proqramı ilə çıxış etməkdir. Tədbir bu gün Bakı Konqres Mərkəzində keçiriləcək.Ötən gün paytaxtımıza gələn Özcanın fotoları sosial şəbəkədə yayılıb. Sənətçinin üzərində Azərbaycan və Türkiyə bayraqları olan, "Bir millət, iki dövlət" yazılı kofta diqqət çəkib.
"İkinci evimizə ayaq basdıq. Hər gəlişimdə Azərbaycanın daha da böyüdüyünü və gücləndiyini görmək möhtəşəmdir. Sevirik..." deyə, Özcan paylaşımında qeyd edib.

Axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31