AzTU-nun əməkdaşı vəfat edib - ÖZƏL
24 Oktyabr 2022 15:21 SosialAzərbaycan Texniki Universitetinin (AzTU) Ümumi şöbəsinin əməkdaşı Aygün Məmmədova uzunsürən xəstəlikdən sonra 41 yaşında vəfat edib.
Bu barədə məlumat "OLAYLAR"-a təhsil ocağından bildirilib. Qeyd edilib ki, Aygün Məmmədova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində təhsil alıb.
2016-cı ildən AzTU-da Ümumi şöbənin kargüzarı vəzifəsində işə başlayıb.
2021-cı ildən isə həmin şöbənin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.
AzTU-nun rəhbərliyi və kollektivi Aygün Məmmədovanın vəfatından kədərlənir, ailəsinə və yaxınlarına başsağlığı verir.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31