Qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb
24 Oktyabr 2022 15:09 SosialQarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. "Olaylar"ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Ramin Əhmədov olduğu müəyyən edilib. Faktla bağlı təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31