ATV-nin sürücüsü iş yerində faciəli şəkildə öldü
24 Oktyabr 2022 14:01 SosialAzad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı iş yerində vəfat edib.
Olaylar.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nahar fasiləsi zamanı telekanalın binasında baş verib. Şirkətdə sürücü kimi işləyən Mustafa adlı şəxsin yemək yeyərkən boğazında qida qalıb. Qida nəfəs borusuna düşdüyündən o boğularaq ölüb.
Əraziyə tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31